Məktəbdə “Bullinq” mövzusunda seminarlar keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəbdə “Bullinq” mövzusunda seminarlar keçirilir.
Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 8 “D” sinif şagirdlərin iştirakı ilə keçirilən seminarların əsas məqsədi ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühiti təmin etmək, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.
Seminarda məktəbdə və ailədə şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması barədə geniş məlumat verilib.
Şagirdləri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb. Tədbir çərçivəsində “Mənimlə danış” kampaniyasından bəhs edən videoçarx nümayiş olunub.