Böyük rus şairi M.Y.Lermontovun 205 illik yubileyi ilə əlaqədar olaraq ədəbi – bədii tədbir keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.11-ci bəndinə əsasən şagirdlərin mütaliə vərdişlərinin və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə rus bölməsinin VI – VIII sinif şagirdlərinin iştirakı ilə böyük rus şairi M.Y.Lermontovun 205 illik yubileyi ilə əlaqədar olaraq ədəbi – bədii tədbir keçirilmişdir. Tədbirdə nümayiş etdirilən bütün səhnəciklər görkəmli şairin həyatını əks etdirən epizodlardan ibarət idi. Həmin epizodlar şairin şeirləri əsasında yaradılmışdır. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdilər.