“12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü” ilə bağlı məktəbdə “Dəyirmi masa”keçirilib

Məktəbin illik fəaliyyət planının 1.3.19-cu bəndinə əsasən şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə “12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü” ilə bağlı məktəbdə “Dəyirmi masa” keçirilib. 

12 noyabr - Konstitusiya Günü münasibətilə  keçirilən “Dəyirmi masa”da  şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyası haqqında ətraflı məlumat verilib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasının, həmçinin, ölkəmizdə 1996-cı ildən qeyd edilən Konstitusiya Gününün tarixi əhəmiyyətindən danışılıb. Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsinin çağdaş tariximizin ən mühüm hadisələrindən biri olduğu vurğulanıb. Konstitusiyanın ölkəmizin müstəqillik və dövlətçilik tarixində yeni səhifə açdığı qeyd edilib. Tədbir çərçivəsində Konstitusiya tariximizə həsr olunmuş filmlər, videoçarxlar göstərilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi