“Sabahın rəngləri” adlı tədbir keçirilib

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsi ilə əlaqədar Respublikamızda 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” ilə elan edilməsi ilə bağlı məktəbimizdə müxtəlif tədbirlər həyata keçirilir.
Məktəbin ibtidai sinif müəllimi Pirverdiyeva Məhbubənin təşkilatçılığı, 2 “A” sinif şagirdlərinin iştirakı ilə “Sabahın rəngləri” adlı tədbir keçirildi. Tədbirdə maraqlı diskussiya, sual – cavab, uşaq hüquqlarının ayrı – ayrı epizodlarına dair şeir parçaları, kompozisiyalar nümayiş etdirildi, həmin epizodlardan çıxan nəticələrlə şagirdlər onlara verilən hüquqları müəyyən etdilər.
Tədbirdlər valideynlər, müəllimlər və məktəb rəhbərliyi iştirak edirdilər.