"Dəyirmi masa" keçirilmişdir

Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli 935 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019/2020-ci illər üçün Tədbirlər Planı”nın 2.2.1.-ci və 2.2.3-cü yarımbəndlərinə, Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planına uyğun olaraq 04.11.2019-cu il tarixdə məktəbdə tədbir keçirilmişdir. Tədbir 8 “A” sinif şagirdlərinin iştirakı və məktəbin biologiya müəllimi Nəsmiyeva Səlmi tərəfindən keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak etmişdirlər. Tədbirdə “Dəyirmi masa”, diskussiya formatında keçirilmiş, şagirdlər tərəfindən hazırlanmış təqdimatlar, videoçarxlar nümayiş etdirilmiş, ekologiyanın çirkləndirilməsinə aid fotostend hazırlanmışdır. şagirdlərin müxtəlif maraq doğurmuşdur.