Məktəbdə çörək bayramı keçirilmişdir

        Məktəbin illik fəliyyət planına və tədbirlər planına uyğun olaraq 26.10.2019-cu il tarixdə “Ümumdünya Çörək Günü” münasibəti ilə tədbir keçirildi. Tədbir məktəbin direktoru E.Ələkbərovanın təşəbbüsü  və təşkilatçılığı ilə I sinif şagirdlərinin, sinif rəhbərlərinin və valideynlərinin iştirakı ilə təşkil edilmişdir. Tədbiri görüş sözü ilə məktəbin direktoru açaraq çörəyin ilk dəfə Misirlilər tərəfindən gildən düzəldilmiş, “Klibanos” adlanan qablarda bişirilməsi, sonralar Yunanıstanda hazırlanması, nəhayət bütün dünyaya yayılması, hal-hazırda rus dilində “хлеб”, Ukrayna dilində “xlib” sözlərinin də həmin qabların adından götürüldüyü, bayramın 2006-cı ildən təsis edildiyi, çörəyin ən əsası və vacib qida olduğu haqqında məlumat verdi.

        Tədbirdə dünya xalqlarının bişirdiyi çörək nümunələri nümayiş etdirildi, şagirdlər rəqs nümunələri və mahnılarla çıxış etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi