“Beynəlxalq Kulinariya Günü” münasibətilə tədbir keçirilmişdir

Hər il 20 oktyabr tarixində “Beynəlxalq Kulinariya Günü” keçirilir. Azərbaycanda isə 2007-ci ildən təntənəli şəkildə qeyd olunur. Bununla əlaqədar olaraq məktəbdə 19 oktyabr tarixində “Beynəlxalq Kulinariya Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru açaraq, kulinariya bayramının tarixi və əhəmiyyəti haqqında danışdı. O, bildirdi ki, Beynəlxalq Kulinariya Gününün bayram kimi keçirilməsi ona görə əhəmiyyətlidir ki, gənc nəsil Azərbaycanın milli kulinariyasının sirlərinə bələd olur, gələcəkdə ölkənin hüdudlarından kənarda xalqı layiqincə təmsil etmək imkanı qazanır, həmçinin çıxışında onu da qeyd etdi ki, Azərbaycan mətbəxi dünyanın ən zəngin mətbəxidir, torpaqlarımıza göz dikən mənfur qonşularımız mətbəx mədəniyyətimizə də göz dikmişdirlər. Bu baxımından belə tədbirlərin keçirilməsi ona görə əhəmiyyətlidir. Tədbirdə dünya xalqlarının – Türkiyə, Çin, Özbəkistan, Rusiya, Tatar xalqlarının mətbəx nümunələri nümayiş etdirildi. Tədbirdə müxtəlif salatlar hazırlamaq, süfrə açmaq bacarıqlarının nümayiş etdirilməsi məqsədi ilə müsabiqə keçirildi. Sonda müsabiqə qalibləri mükafatlandırıldı.