“Beynəlxalq Mütaliə Bayramı” na həsr olunmuş tədbirlər həyata keçirilmişdir

Məktəbdə 16 Oktyabr “Beynəlxalq Mütaliə Bayramı” na həsr olunmuş tədbirlər həyata keçirilmişdir. Məktəbin foyesində guşə yaradılmış, guşədə və məktəbin kitabxanasında müxtəlif müəlliflərin geniş yayılmış və uşaq ədəbiyyatına aid kitablar nümayiş etdirilmişdir. 16.10.2019-cu il tarixdə məktəbin kitabaxanasında bayrama həsr edilmiş tədbir keçirilmişdir. Tədbir məktəbin kitabxana müdiri Hüseynova Əfsanə tərəfindən V, VI, VII sinif şagirdlərinin iştirakı ilə təşkil edilmişdir. Tədbirdə iştirak edən Tİ direktor müavini Beynəlxalq Mütaliə Bayramının tarixi və əhəmiyyəti haqqında məlumat verdi. Sonra şagirdlər Ənvər Əlibəylinin, Bəxtiyar Vahabzadənin, Fikrət Qocanın, Nəriman Həsənzadənin, Səməd Vurğunun, Abbas Səhhətin ana, Vətən məhəbbətinə, vətənpərvərliyə həsr olunmuş şeirləri səsləndirildi.