Aida İmamquliyevanın 80 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirildi

2019-cı il  oktyabrın 10-da   məktəbin illik tədbirlər planına uyğun olaraq Aida İmamquliyevanın 80 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbir Dövlət Himninin ifası ilə başlandı. Tədbirdə Aida İmamquliyevanın həyat və fəaliyyəti haqqında Tİ üzrə direktor müavini B.Nuruyev, 10 “C” sinif şagirdi Abışlı Aygün çıxış etdilər. Tədbir görkəmli elm xadimi haqqında çəkilmiş sənədli filmin nümayişi ilə davam etdirildi. Tədbir şagirdlər  tərəfindən filmin müzakirəsi ilə və dövlətimiz tərəfindən görkəmli elm fədailərinə verilən yüksək qiymətin vurğulanması ilə başa çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi