"Nəsimi" filminə tamaşa edilmişdir

Böyük Azərbaycan şairi İmaddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli sərəncamına əsasən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilməsinə start verilmişdir. 9 “E” sinfinin (rus bölməsi) şagirdləri şairin həyat və yaradıcılığına həsr edilmiş filmə tamaşa etmiş, filmdə əsas ideya və bədii cəhətlər müzakirə olunmuş, şairin fəlsəfi fikirlərinə münasibət bildirilmişdir.