21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirilib

Məktəbin illik fəaliyyət planının 1.3.4-cü bəndinə əsasən 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltməkdən ibarətdir.
Tədbirdə ölkəmizdə ənənəvi olaraq 21 avqust–21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” çərçivəsində görülən işlərdən danışılıb, “Sülh aylığı”nın mahiyyəti və Beynəlxalq Sülh Gününün yaranma tarixi haqqında şagirdlərə ətraflı məlumat verildi, ibtidai sinif şagirdlərinin ifasında şeirlər söylənildi. Tədbirdə VI sinif şagirdlərinin iştirakı ilə estafet yarışı ilə başa çatdırıldı, qalib gələn VI “C” sinfi məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırıldı.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdirlər.