Məktəbdə “Son zəng” tədbiri keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.32-ci bəndinə əsasən məzunların doğma məktəblə vidalaşması məqsədilə XI sinfi bitirən şagirdlər üçün “Son zəng” tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra açıq elan olundu. Məktəbin həm Azərbaycan, həm də rus bölməsinin 11-ci sinif şagirdləri və birincilər öz çıxışları ilə son zəng tədbirini daha da rəngarəng etdilər. Onlar mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.Məktəb həyatına əlvida deyən məzunlar birincilərə hədiyyələr təqdim ediblər. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərmanla təltif olunublar. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiya Kərimova, məktəb rəhbəliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər.