“Bakı və onun ətraf kəndləri” adlı tədbir keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.11-ci bəndinə əsasən şagirdlərin mütaliə vərdişlərinin və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə Bakı və onun ətraf kəndləri” adlı tədbir keçirilmişdir. Tədbirdə  şagirdlərə Bakının tarixi, memarlıq abidələri, dini inanc yerləri, tanınmış şəxsiyyətləri haqqında məlumat verildi. Həmin gün “Bakı kəndlərinə səyahətim” kitabının müəllifi tarixçi – publisist Təranə Cəbiyeva şagirdlərin görüşünə gəldi. Tədbir Azərbaycan Dövlət Himni ilə başladı. Tərbiyə işləri direktor müavini Nuruyev Beyzadə çıxış edərək yazıçı – publisist Təranə Cəbiyevanın ədəbi yaradıcılığı, müəllifi olduğu “Bakı kəndlərinə səyahətim” kitabı haqqında məlumat verdi. O, qeyd etdi ki, AYB-nin və AJB-nin üzvü Təranə Cəbiyeva  kitabda tarixi – etnoqrafik mənbələrə əsaslanaraq Bakı kəndlərinin tarixini dolğun və əhatəli araşdırıb. Tədbirdə “Bakı kəndləri” adlı sənədli film də şagirdlərə təqdim olundu.Təranə Cəbiyeva müəllifi olduğu kitab haqqında danışaraq söylədi ki, “Bakı kəndlərinin tarixi qədimdir. Mən bu kitabı yazarkən Bakının 18 kəndinin keçmişinin, şəxsiyyətlərini tarixi faktlarla bərabər, arxiv sənədləri əsasında yazmışam”. Görüşdə müəllif şagirdlərin suallarını cavablandırdı. Tədbirin sonunda yazıçı-publisist Təranə Cəbiyeva görüşə dəvət olunduğuna görə məktəb rəhbərliyinə təşəkkür etdi, şagirdlərlə xatirə şəkli çəkdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi