Şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur

Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli 935 № li sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019/2020-ci illər üçün Tədbirlər Planı” nın 2.2.1-ci və 2.2.3-cü yarımbəndlərinə uyğun olaraq məktəbdə bir sıra tədbirlər görülmüşdür. Bunlardan şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunmuş, kağız makulatura yığılmış, şagirdlər arasında bərk məişət tullantılarının idarə edilməsi sahəsində maarifləndirmə işi aparılmışdır.