İnsan hüquqlarına həsr edilmiş "Dəyirmi masa" keçirilmişdir

Ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilir. “İnsan hüquqları aylığı” çərçivəsində məktəbdə tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.
Aylıq çərçivəsində məktəbin 9 “Ç” sinif şagirdlərinin iştirakı ilə “Dəyirmi masa” keçirilmişdir. “Dəyirmi masa”da ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və ölkə Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulanmış,ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”nın keçirildiyi şagirdlərin diqqətinə çatdırılmışdır.