İlyas Əfəndiyevin 105 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.11-ci bəndinə əsasən şagirdlərin mütaliə vərdişlərinin və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə 8 “A” sinif şagirdlərinin iştirakı ilə Azərbaycanın görkəmli dramaturqu, xalq yazıçısı İlyas Əfəndiyevin 105 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Tədbirdə ədibin həyat və yaradıcılığına həsr olunmuş təqdimatlara baxılmış, məruzələr dinləmişdir, o cümlədən, onun “Xurşudbanu Natavan”, “Mahnı dağlarda qaldı”, “Göz həkimi”, “Apardı sellər Saranı” əsərlərindən olan kiçik səhnəciklər göstərilmişdir. Tədbirdə məktəb rəhbərliyi, fənn müəllimləri və kitabxanaçılar iştirak etmişdirlər. Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şərifova Zəminə tərəfindən hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi