Məktəbdə pedaqoji şuranın iclası keçirilib

Məktəbdə pedaqoji şuranın iclası keçirilib. İclasda pedaqoji kollektiv Azərbaycan Respublikası Təhsil nazirinin F-260 nömrəli, 13.05.2019-cu il tarixli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nın 1.3-cü bəndinə əsasən Təhsil Nazirliyinin “Xüsusi hallar barədə” əmrindən irəli gələn vəzifələr barədə məlumatlandırıldı. İclasda məktəbdə əlverişli təlim və inkişaf mühitinin yaradılması, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, xüsusi hallarla bağlı davranış modellərinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, təhsil subyektlərinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti, şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, məktəbdə sağlam psixoloji mühitin rolu, xüsusi hallarda kommunikasiyanın təşkili barədə geniş müzakirələr həyata keçirilib. Eyni zamanda pedaqoji işçiləri maraqlandıran məsələlərə aydınlıq gətirilib və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi