Məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirilmişdir

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Valideynin məktəbdə bir günü” layihəsinin həyata keçirilməsi ilə əlaqədar 28 yanvar 2019-cu il tarixli F – 66 nömrəli əmrinə əsasən məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirilmişdir. Layihənin həyata keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşklinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri – formal mühitdə məktəbin pedoqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılmasından ibarət olmuşdur. Layihəyə uyğun olaraq valideynlər məktəbin dəhlizində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi, dərs müşahidələri oldu.