“Yol hərəkəti qaydalarını necə bilirik?” adlı tədbir keçirilmişdir

Məktəbin 2 “E” sinif şagirdlərinin iştirakı ilə “Yol hərəkəti qaydalarını necə bilirik?” adlı tədbir keçirilmişdir. Tədbirin keçirilməsində başlıca məqsəd şagirdlərə təhlükəsiz davranış qaydalarını öyrətmək, eləcə də yol hərəkəti qaydaları barədə ətraflı məlumat vermək idi. Tədbirdə şagirdlər yol hərəkəti qaydaları ilə bağlı rəngarəng səhnəciklər göstərmiş, işıqfora və yol nişanlarına həsr olunmuş rəqslər ifa etmiş, mahnılar oxumaqla yol hərəkətlərinə aid biliklərini nümayiş etdirmişdirlər.Belə tədbirlərin keçirilməsində şagirdlərin maariflənməsi onların həyatlarının qorunması, yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması üçün mühüm olduğu qeyd edilmişdir.