"İnsan Hüquqları" na həsr olunmuş tədbir keçirilib

Ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilir. “İnsan hüquqları aylığı” çərçivəsində məktəbdə tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.

Aylıq çərçivəsində bu tədbirlərdən biri məktəbin 2 “B” sinif şagirdlərinin iştirakı ilə keçirilmişdir. Tədbirdə ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və ölkə Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulanmış,ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”nın keçirildiyi şagirdlərin diqqətinə çatdırılmışdır.Eyni zamanda, tədbirdə insan hüquq və azadlıqlarına həsr olunmuş fotostend hazırlanmış, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi