Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.11-ci bəndinə əsasən şagirdlərin mütaliə vərdişlərinin və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə yuxarı sinif şagirdlərinin iştirakı ilə görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə şagirdlər dramaturqun şeirləri, sözlərinə yazılmış mahnılar səsləndirildi, şagirdlərin ifasında “Dilarə” hekayəsi təqdim olundu. IX sinif şagirdlərinin ifasında “Solğun çiçəklər” əsərindən Bəhramın monoloqu səsləndirildi. 11-ci sinif şagirdi Vahabzadə Bəyim və 10-cu sinif şagirdi “Oqtay Eloğlu” əsərindən bir parça göstərildi. Tədbir məktəbin ana dili və ədəbiyyat müəllimi Mehdiyeva Şəhla tərəfindən hazırlanmışdır. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdirlər.