Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar məktəbdə “dəyirmi masa” keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar məktəbdə “dəyirmi masa” keçirilib.
Tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Qeyd olunub ki,ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır.
“Dəyirmi masa”da şagirdlərin ifasında Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib, eyni zamanda ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx və filmlər nümayiş olunub. Həmçinin, fotostendlər, şagirdlərin əl işlərindən ibarət sərgilər də nümayiş olunub.