Məktəbdə “Zirvəyə aparan yol” adlı hərbi parad keçirilib

        Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ilə əlaqədar məktəbdə “Zirvəyə aparan yol” adlı hərbi parad keçirilib.Tədbirdə məktəbin I- XI sinif şagirdləri iştirak etmişdirlər. Hərbi paradda şagirdlər müxtəlif hərbi geyimlərdə iştirak etmişdir.Tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Qeyd olunub ki,ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır.
        Tədbirdə çıxış edənlər ulu öndərin irsinin dərindən və hərtərəfli öyrənilməsinin əhəmiyyətindan danışıb, ümummilli liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və müstəqil Azərbaycan xalqının qurucusu Heydər Əliyevin daim qəlblərdə yaşayacağını vurğulayıblar.
        Tədbirdə şagirdlər müdrik siyasətçi Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
        Tədbirdə şagirdlərin ifasında Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirilib.Məktəbin hərbi hazırlıq müəllimi Babayev Natiq şagirdlərin hərbi paradına qiymət vermişdir. Hərbi paradda məktəbin müəllim və şagird kollektivi iştirak etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi