Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Məktəbdə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Anım tədbirlərində Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şagirdlərə görkəmli alimin həyat və yaradıcılığı barədə geniş məlumat verilib.
Akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışılıb. Qeyd edilib ki, böyük alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva ümummili lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.
Tədbirlərdə şagirdlər tərəfindən şeirlər, atalar sözləri, dahilərin ana barədə müdrik kəlamları səsləndirilib, mahnılar ifa edilib. Akademik Zərifə Əliyevaya həsr edilən sənədli film Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında film”i nümayiş olunub, stendlər və guşələr hazırlanıb.