Yuxarı sinif şagirdlərinin iştirakı ilə konfrans keçirilmişdir

            “Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilmədisinə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 29.01.2019-cu il tarixli F-67 nömrəli əmrinə və məktəbin illik fəaliyyət planının yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsi, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünya görüşünün inkişaf etdirilməsi şagirdlərin mədsədilə məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə konfrans keçirilmişdir. Konfransda şagirdlərin yaradıcılıq axtarışlarını əks etdirən aşağıdakı mövzular üzrə məruzələr dinlənilmişdir: 
    1. “Mikayıl Müşfiqin Azərbaycan ədəbiyyatının inkişafında rolu” (Məruzəçi – 11 “B” sinif şagirdi Əsgərov Nicat ) 
    2. M.V.Vidadinin və Q.Zakirin “Durnalar” (Məruzəçi – 9 “D” sinif şagirdi Paşayeva Aytən) 
    3. “Diqqət! Diqqət! Durğu işarələri! (Məruzəçi – Xalıqov Zahid 6 “E” sinif şagirdi) 
    4. “Alınma sözlərin rus dilində yeri” ( 6 “D” sinif şagirdi Quliyev Hüseyn)
    Müəllim və məruzəçilər şagirdləri maraqlandıran suallara aydınlıq gətirmişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi