“12 Aprel – Ümumdünya Kosmonavtika günü”nə həsr edilmiş tədbir keçirilmişdir

Aprelin 12-də “12 Aprel – Ümumdünya Kosmonavtika günü”nə həsr edilmiş məktəbin VIII, X və ibtidai sinif şagidlərinin iştirakı ilə tədbirlər keçirilmişdir.
“Kosmos Günü” kimi tanınan bu tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. Keçirilən tədbirlərdə akademik, AMEA-nın fəxri üzvü, kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatı Kərim Kərimov, Azərbaycanın ilk kosmanavtı Musa Manarov, ilk qadın kosmonavt Valetina Tereşkova, və digər kosmonovtlar Fazil Fərəcov, Tofiq İsmayılov haqqında geniş məlumat verilmişdir. “12 Aprel – Kosmonavtika günü”nə şagirdlərə videoçarx nümayiş etdirilmiş və təqdimatlar göstərilmişdir. Məktəbin foyesində “12 Aprel – Ümumdünya Kosmonavtika günü”nə həsr edilmiş guşə düzəldilmiş, guşədə şagirdlərin hazırladıqları təqdimatlar, rəsmlər nümayiş etdirilmiş, eyni zamanda şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.