“7 Aprel Ümumdünya Sağlamlıq Günü” ilə bağlı tədbir keçirilmişdir

Məktəbdə “7 Aprel Ümumdünya Sağlamlıq Günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Hüseynova Zakirə Rəsul qızı – GEM həkimi, 8 № li BUX – poliklinikasının şöbə müdiri Abdullayeva Ədilə, 87 nömrəli tam orta məktəbin həkimi İbrahimova Sveta və tibb bacısı Cəfərova Xalidə, 87 № li tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak etmişdirlər. Çıxış edən məzuzəçilər 7 aprel “Ümumdünya Sağlamlıq Günü” ilə bağlı məlumat verdilər, şagirdlərin hər il icbarı dispanserizasiyadan keçmələri, fast-food yeməklərinin ziyanları, yoluxucu və herment xəstəliklərinin profilaktikasına dair geniş maarifləndirici məlumatlar verildi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.