“Beynəlxalq Uşaq Kitabı Günü” münasibətilə “Kitab mənim dostumdur!” mövzusunda tədbir  keçirilmişdir

           Məktəbdə   “Beynəlxalq Uşaq Kitabı Günü” münasibətilə “Kitab mənim dostumdur!” mövzusunda tədbir  keçirilmişdir. Şagirdlərlə görüşə AYB-nin və AJB-nin üzvü Təranə Cəbiyeva dəvət olunmuşdu. Tədbiri giriş sözü ilə məktəbin ana dili və ədəbiyyat müəllimi Xatirə Təhməzova açaraq, yazıçı-jurnalist Təranə Cəbiyevanın ədəbi yaradıcılığı, müəllifi olduğu kitablar haqqında məlumat verdi. O, kitabın şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasında əvəzsiz xidmətini də qeyd etdi.

Yazıçı-jurnalist Təranə Cəbiyeva çıxış edərək, görüşə dəvət edildiyinə görə məktəbin direktoru Elmira Ələkbərovaya təşəkkür etdi. O, gənc oxucularını salamlayaraq, onları 2 Aprel “Beynəlxalq Uşaq Kitabı Günü” münasibətilə təbrik etdi. Təranə Cəbiyeva kitab oxumağın insanda məntiqi düşüncəyə, zehni inkişafa yol açdığını söylədi.

Görüşdə yazıçı-jurnalist Təranə Cəbiyeva şagirdlərin suallarını dolgun  cavablandıraraq, müəllifi olduğu kitablar haqqında məlumat verdi.                               

Bundan başqa məktəbin foyesində ibtidai sinif şagirdlərinin iştirakı ilə sehrli nağıl qəhrəmanlarının paradı keçirilmişdir.                                         

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi