“31 mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar silsilə tədbirlər  keçirilib

Məktəbin illik fəaliyyət planının 1.3.22-ci bəndinə  uyğun olaraq Azərbaycan xalqına qarşı yürüdülən erməni təcavüzkarlığı siyasətinin nəticələrini şagirdlərə aşılamaq, erməni təcavüzkarlığını pisləmək. Şagirdlərə Azərbaycan xalqının düşmənlərini tanıtdırmaq məqsəilə   “31 mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar silsilə tədbirlər  keçirilib.

Belə ki, məktəbdə 31 mart soyqırımına həsr  olunan  “Dəyirmi masa”, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi təşkil edilib. Müsabiqə qalibləri doplomlara layiq görülüb.

Məktəbin foyesində soyqırımı əks etdirən guşə yaradılıb. Guşədə şagirdlər tərəfindən hazırlanmış  “Erməni terrorizmi” adı altında təqdimatla və rəsm müsabiqəsinin qaliblərinin rəsmləri nümayiş etdirildi.

VIII – IX sinif şagirdlərinin işttirakı ilə “Dəyirmi masa” keçirildi. “Dəyirmi masa” da erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verilib. “Dəyirmi masa” məktəbin tarix müəllimi İbrahimova Afət tərəfindən keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi