Gənc yazar  Təranə Cəbiyeva ilə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Prezidentinin Azərbaycanda kitabxana işinin inkişafı üçün imzaladığı sərəncamlar bütövlükdə mədəniyyətə və mədəni dəyərlərimizə diqqət və qayğısının bariz nümunəsidir. Bu, həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəni quruculuq siyasətinin uğurla davam etdirilməsinin göstəricisidir. Respublikamızda kitabxana sahəsinin inkişafına və təkmilləşdirilməsinə dair iki proqram sənədin qəbul olunması kitabxana tərəfindən prioritet sahə kimi müəyyənləşdirilməsini  təsdiq edir.

Məktəbin illik fəaliyyət planının 1.3.11-ci bəndinə uyğun olaraq “İmzalı görüş” layihəsi çəçivəsində məktəb kitabxanaları vasitəsilə Azərbaycanın tarixi keçmişi, görkəmli şəxsiyyətləri və qəhrəmanlıq salnaməsinə həsr olunmuş elmi-publisist, bədii əsərlərin şagirdlər tərəfindən müzakirəsinin, təşkili, şagirdlərin şair və yazıçılar, bədii qiraət ustaları görüşlərin təşkil olunması, şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə gənc yazar  Təranə Cəbiyeva ilə görüş keçirilmişdir. Görüş məktəbin kitabxanasında təşkil olunmuşdur. Şagirdlər yazarın “Səttar yadigarı”, “Səlahiyyətli səfir”, “Seysulanda döyüş” kitablarını müzakirə etmiş, müəllifə onları maraqlandıran sualları ünvanlamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi