Novruz bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.21-ci bəndinə əsasən milliliyin, milli-mənəvi dəyərlərin təbliği, milli bayramlarımızın qeyd olunması ilə xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması məqsədilə silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdədə xalqımızın milli adət və ənənələrini özündə birləşdirən Novruz bayramının tarixi haqqında məlumat verilmiş, Novruzun göstəricisi olan od, yel, torpaq və su ünsürlərinə aid səhnəciklər göstərilmişdir. Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirmişlər. Kosa və keçəlin məzəli əhvalatları və qızların hazırladıqları haxıstalar tədbirlərə daha da rəgarənglik qatmışdır.