“Ən yaxşı təqdimat” müsabiqəsi

Müstəqil Azərbaycan dövlətinin qurucusu, qüdrətli dövlət xadimi və dahi siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədilə ümumtəhsil məktəblilərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F – 87 nömrəli 06.02.2019-cu il tarixli əmrinə uyğun olaraq məktəbin IX – XI sinif şagirdləri arasında müsabiqə keçirilmişdir. Münsiflər heyətinin yekdil qərarı ilə İmanov Əli birinci yerə, Allahverdiyeva Nərmin ikinci yerə, Tahirov Rəşad isə üçüncü yerə layiq görülmüş, diplomlarla təltif olunmuşlar.