“Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda müsabiqə - konfrans

Məktəbdə “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda müsabiqə - konfransın keçirilməsi barədə F – 96 nömrəli 12.02.2019-cu il tarixli əmrinə uyğun olaraq müsabiqə - konfrans keçirildi. Müsabiqə konfransda aşağıdakı mövzular tədqiqat işləri təqdim olundu:
- “Tariximizin ən böyük vətənpərvəri – Heydər Əliyev” (məruzəçi – İbrahimova Afət)
- “Heydər Əliyev və milli – mənəvi dəyərlərimizə qayıdış” (məruzəçi - Məmmədsalahova Sevil)
- “Azərbaycan dili milli varlığımızı müəyyənləşdirən ən başlıca vasitələrindən biri” (məruzəçi – Əliyeva Viktoriya)
- “Azərbaycançılıq ideologiyasının fəlsəfi məna tutumu və mahiyyəti” (məruzəçi - Abasov Vaqif)
Hər dörd məruzə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi. Növbəti mərhələyə isə məktəbin tarix müəllimi Məmməsalahova Sevilin “Heydər Əliyev və milli – mənəvi dəyərlərimizə qayıdış” adlı məruzəsi keçməsi qərara alındı.