Azərbaycan Dövlət Pedoqoji Universitetinə ekskursiya

“Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilmədisinə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 29.01.2019-cu il tarixli F-67 nömrəli əmrinə və məktəbin illik fəaliyyət planına əsasən 9 “D”, 9 “Ç” sinif şagirdləri Azərbaycanın qədim təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Pedoqoji Universitetinə ekskursiyaya getmişlər. Şagirdlər üçün universitetin ərazisində öyrədici ekskursiya keçirilmişdir. Muzeydə şagirdlər unieversitetin tarixi və bu günki fəaliyyəti haqqında öyrəndilər. Şagirdlər ingilis dili, filologiya kafedralarına dəvət olundular, leksiya auditoriyalarına gəzdilər. Ekskursiya zamanı şagirdlər universitet müəllimlərindən nəsihət almış, prorektorlar və şöbə müdirləri onları gülərüzlə qarşılamışlar. Şagirdlər buna çox maraq göstərmiş və universitetin strurturu, tədris prosesi haqqında gələcəkdə peşə seçməyə görə daha dərindən öyrənməyi arzulamışlar. Ekskursiyanın təşkilatçısı uşaqların dünyagörüşünü genişləndirməsinə görə şagirdlərdə oxumaq, öyrənmək marağını artırdığına görə Könül xanım Əsgərovaya dərin minnətdarlığımızı bildiririk. Ekskursiya məktəbin rus dili və ədəbiyyat müəllimi Babayeva Mədinə tərəfindən aparılmışdır.