“Valideynin məktəbdə bir günü” adlı layihəsi

Məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirilmişdir. Layihənin həyata keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşklinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri – formal mühitdə məktəbin pedoqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılmasından ibarət olmuşdur. Layihəyə uyğun olaraq  valideynlər ilk öncə məktəb haqqında təqdimata tamaşa etdilər. Daha sonra ümumtəhsil müəssisəsi ilə tanışlıq oldu. Valideynlər məktəbin kitabaxanası, yeməkxanası, laboratoriyaları (fizika, kimya, biologiya), idman zalı, tibb otağı, GÇH kabineti, kimya, fizika, informatika, linqafon,əmək kabinetləri ilə tanış oldular. Məktəbin dəhlizində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi, dərs müşahidələri oldu, “Məktəb valideyn münasibətləri şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi” seminara qulaq asdılar. Sonda isə məktəbin şagirdlərinin ifasında  bədii hissəyə tamaşa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi