Iri qabaritli tranformator zavodu ATEF istehsal müəssisəsinə ekskursiya

“Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilmədisinə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 29.01.2019-cu il tarixli F-67 nömrəli əmrinə və məktəbin illik fəaliyyət planına əsasən 9 “D, 9 “C, 9 “Ç, 8 “C” və 10 “A” sinif şagirdləri Suraxanı rayonu ərazisində yerləşən iri qabaritli tranformator zavodu ATEF istehsal müəssisəsinə ekskursiyaya getmişlər. Eskursiya zamanı şagirdlər iri qabaritli tranformatorlar zavodunun sınaq laboratoriyasında, həyətində yerləşən latun maddəsinin bəzi növləri ilə tanış oldular. Ekskursiyaya məktəbin fizika müəllimləri Aslanova Sevinc və Mehrəliyeva Tünzalə tərəfindən aparılmışdır.