“Azərtexnolayn” zavoduna ekskursiya

“Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilmədisinə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 29.01.2019-cu il tarixli F-67 nömrəli əmrinə və məktəbin illik fəaliyyət planına əsasən 10 “C” sinif şagirdləri Sumqayıt şəhərində yerləşən “Azərtexnolayn” zavoduna getmişlər. Şagirdlər polietilen və polippropilendən düzəldilən plastik boruların istehsalı ilə tanış olmuşlar. Layihə üçün lazım olan teoretik və praktik informasiya əldə etmişlər. Ekskursiyaya məktəbin kimya müəllimi İbyətova İradə tərəfindən aparılmışdır.