"Açıq dərs" keçirilmişdir

Məktəbin illik fəaliyət planına əsasən şagirdlərin bilik, bacarıq vərdişlərinə yiyəlnəmə səviyyəsinin, eləcə də tədris prosesində müasir təlim, metod və texnologiyalarının tətbiqi vəziyyətinin, müəllimlərin pedoqoji səriştəlilik və peşəkarlıq səviyyəsinin öyrənilməsi məqsədilə 5 “C” sinif şagirdlərinin iştirakı ilə ingiilis dili fənnindən “Food” mövzusunda "Açıq dərs" keçirilmişdir. Dərsin keçirilməsində məqsəd şagirdlərin dinləmə - anlama, danışma, yazı bacarıqlarının inkişaf etdirilməsi, onlara hansı qidaların zərərli və zərərsiz olduğunu öyrətməkdən ibarət olmuşdur. Şagirdlər dərsdə fərdi və qrup şəklində iştirak etmişdirlər, müəllim tərəfindən verilən tapşırıları uğurla yerinə yetirmişdirlər. "Açıq dərs" məktəbin ingilis dili müəllimi Qurbanova Qaragöz tərəfindən keçirilmişdir.