“Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı tədbir keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.6-cı bəndinə əsasən şagirdlərə vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissinin yüksədilməsi məqsədilə 20 Yanvar faciəsinin 29-cu ildönümünün qeyd edilməsi ilə bağlı məktəbdə “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin VII, VIII və IX sinif şagirdləri iştirak etmişdirlər. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açılmışdır. Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Bundan başqa məktəbin foyesində “20 Yanvar” a həsr edilmiş “Qanlı tariximizi unutmayaq” adlı stend hazırlanmış, şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi