"Açıq dərs" keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.6-cı bəndinə əsasən şagirdlərə vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissinin yüksədilməsi məqsədilə 20 Yanvar faciəsinin 29-cu ildönümünün qeyd edilməsi ilə bağlı məktəbin 7 “D” sinif şagirdlərinin iştirakı ilə ingilis dilində "Açıq dərs" keçirilmişdir. "Açıq dərs" məktəbin ingilis dili müəllimi Güləliyeva Svetlana Cavid qızı tərəfindən təşkil olunmuşdur.