“31 Dekabr Dünya azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə bədii – musiqili tədbir

Məktəbin illik fəaliyyət planının 1.3.16-cı bəndinə əsasən azərbaycançılıq məfkurəsinin təbliği məqsədilə 6 “D”, 6 “Ç”, 6 “E” sinif şagirdlərinin iştirakı ilə “31 Dekabr Dünya azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə bədii – musiqili tədbir keçirilmişdir. Tədbirdə şagirdlər “31 Dekabr Dünya azərbaycanlılarının Həmrəyliyi Günü” nə həsr olunmuş təqdimatlar hazırlamış, yaranma tarixi barədə məlumat vermişlər. Bundan başqa şagirdlərin ifasında müxtəlif rəqs nümunələri, mahnılar tədbir iştirakçılarının marağına səbəb olmuşdur. Tədbir məktəbin tarix müəllimi Məmmədova Fəridə tərəfindən hazırlanmışdır.