“Bölünmə əməliyyatları” mövzusunda "Açıq dərs"

Məktəbin illik fəaliyyət planına əsasən şagirdlərin bilik, bacarıq vərdişlərinə yiyələnmə səviyyəsinin, eləcə də tədris prosesində müasir təlim, metod və texnologiyalarının tətbiqi vəziyyətinin, müəllimlərin pedoqoji səriştəlik və peşəkarlıq səviyyəsinin öyrənilməsi məqsədilə 4 "Ç" sinfində riyaziyyat fənnindən “Bölünmə əməliyyatları” mövzusunda "Açıq dərs" olmuşdur. "Açıq dərs"də şagirdlər cütlərlə iş zamanı bölünmə əlamətlərinin üsullarını nümayiş etdirdilər. Doğru cavaba əsasən krossvordda verilmiş sözü tapdılar, məsələ və misallar üzərində möhkəmləndirmə işi apardılar.