"Quality or Popularity" (Keyfiyyət və ya populyarlıq) mövzusunda “Açıq dərs”

Məktəbin illik fəaliyyət planına əsasən şagirdlərin bilik, bacarıq vərdişlərinə yiyələnmə səviyyəsinin, eləcə də tədris prosesində müasir təlim, metod və texnologiyalarının tətbiqi vəziyyətinin, müəllimlərin pedoqoji səriştəlik və peşəkarlıq səviyyəsinin öyrənilməsi məqsədilə 9 "D" sinfində "Quality or Popularity" (Keyfiyyət və ya populyarlıq) mövzusunda “Açıq dərs” keçirilmişdir. Dərsin keçirilməsində məqsəd şagirdlərin yazılı və şifahi dil qabiliyyətlərinin inkişaf etdirmək, onlara keyfiyyətli qəzet və jurnallar tövsiyyə etməkdən ibarət olumuşdur. Açıq dərs məktəbin ingilis dili müəllimi Səfərova Sevinc tərəfindən hazırlanmışdır.