“Bizim çay” adlı tədbir keçirilmişdir

Hər il dekabr ayının 15-də Beynəlxalq Çay Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq məktəbdə “Bizim çay” adlı tədbir keçirilmişdir. Şagirdlər tədbirdə çayın yaranma tarixindən onun insan orqanizminə faydaları haqqında məlumat verdilər. Bundan başqa şagirdlər tərəfindən Azərbaycan, Türkiyə, İngiltərə, Hindistan, Tatarıstan, Gürcüstan, Özbəkistan, Rusiya və ilk dəfə çayın yarandığı Çin ölkələrinin çay süfrəsi təqdim olundu, mahnılar oxundu, rəqslər nümayiş edildi.