Breyn - rinq keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.27-ci bəndinə əsasən Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsi və anım günü ilə əlaqədar Heydər Əliyevin anım günü münasibətilə məktəbin 8 “A” sinfində breyn – rinq keçirilmişdir. Dövlət himnimiz səsləndikdən sonra şagirdlər ulu öndər Heydər Əliyevə həsr olunmuş video çarxa tamaşa etdilər. Breyn – rinqdə şagirdlər “Bakı küləyi”, “Xəzri”, “Odlar yurdu”, “Neftçi” komandalarına bölünmüşdürlər. Burada şagirdlər tarix, ədəbiyyat, coğrafiya, riyaziyyat və Heydər Əliyevin irsinin öyrənilməsi ilə bağlı müxtəlif sualları cavablandırdılar. Yarışın sonunda “Neftçi” komandası qalib gəldi. Breyn – rinq məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şərifova Zəminə tərəfindən hazırlanmışdır. Tədbir ümummilli lider Heydər Əliyevin həyatına həsr olunmuş videoçarxla başa çatdı.