Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir

Məktəbin illik fəaliyyət planının 1.3.27-ci bəndinə əsasən Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsi və anım günü ilə əlaqədar Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin VII, VIII, IX və ibtidai sinif şagirdləri iştirak etmişlər. Şagirdlər ulu öndərin həyat və fəaliyyətindən, xalqımızın müstəqilliyi və firavanlığı üçün göstərdiyi misilsiz xidmətlərindən danışdılar, tanınmış şairlərin Heydər Əliyevə həsr olunmuş şeirlərindən nümunələr söylədilər. Onun zərb-məsələ çevrilmiş sözlərini xatırlatdılar, dünyanın tanınmış siyasətçilərinin onun haqqında söylədikləri tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Ümummilli liderin həyatını əks etdirən təqdimatlar, videoçarxlar nümayiş olundu.