“Ümumdünya QİÇS-lə Mübarizə Günü”

Hər il dekabr ayının 1-də “ Ümumdünya QİÇS-lə Mübarizə Günü” qeyd edilir. Bununla əlaqədar olaraq 01 dekabr 2018-ci il tarixində Bakı şəhəri 87 nömrəli tam orta məktəbin rus bölməsinin 8 “D”, Azərbaycan bölməsinin isə IX sinifləri arasında “Narkomaniya və QİÇS-in məna və mahiyyətləri” mövzusunda teatrlaşdırılmış tədbir keçirildi. Tədbirdə şagirdlər ötən əsrin ən böyük bəlası olan bu xəstəlik haqqında məlumat verdilər, təqdimatlar nümayiş olundu, zərərli vərdişlərə aid videoçarx göstərildi, şeirlər söylənildi. Aparılan müzakirələrdə bir daha sübut olundu ki, bəşəri bu bəlada qurtarmaq insanların öz əlindədir. “Narkomaniya və QİÇS” mövzusunda məktəbin foyesində stend hazırlanmışdır. Tədbirdə Suraxanı rayon GEM-in həkimi Hüseynova Zakirə xanım iştirak etmiş və “Narkomaniya və QİÇS” mövzusunda şagirdlərə məlumat vermişdir. Tədbir məktəbin biologiya müəllimləri Bukreyeva Evelina və Allahverdiyeva İlahə tərəfindən hazırlanmışdır.