"Əlvida payız"

Hər fəslin öz gözəlliyi olduğu kimi , öz əhval-ruhiyyəsi də vardır. Payız qışın xəbərçisidir. Bu fəsildə havalar yavaş-yavaş soyuyaraq insanları qışa hazır olmağa çağırır. Gözəlliyi ilə gözoxşayan bu fəsil, bərəkəti ilə də könül oxşayır. Payız dörd fəsil içərisində ən çox bolluğun müşahidə edildiyi fəsildir.
Bununla əlaqədar olaraq məktəbdə payız fəslinə həsr olunmuş “Əlvida payız” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin ibtidai sinif şagirdləri və məktəbəqədər hazırlıq qrupunun şagirdləri iştirak etmişdir. Bu tədbirdə şagirdlər payız fəslinə aid əl işlərini nümayiş etdirmişlər. Uşaqların əl işlərin xüsusi sərgi yaradılmışdır. Bundan başqa şagirdlər şeirlər və mahnılar söylərək, müxtəlif rəqslər göstərərək tədbirə xüsusi rəng qatmışdırlar.