Məktəbdaxili təlim keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.2.9-cu bəndinə əsasən müəllimlərin qabaqcıl iş təcrübəsini öyrənmək məqsədilə məktəbdaxili seminar keçirilmişdir. Seminar zamanı məktəbin ibtidai sinif müəllimləri Qarayeva Aytən “Vurma cədvəli”, Pirverdiyeva Məlahət “Estetik dünya görüşü”, Dünyamalıyeva Tamilə “Şagirdlərdə oxuma anlama bacarıqlarının inkişafı”, Məmmədova Cəmalə isə “Bədii təsviretmə bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda mühazirə ilə çıxış etmişdirlər. Bundan başqa təlimdə ibtidai siniflərdə keçirilmiş monitorinqin nəticələri müzakirə edilmişdir.