Abdulla Şaiqin ev muzeyinə ekskursiya

Məktəbin illik fəaliyyət planının 1.3.15.-ci bəndinə əsasən motivasiyanın yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi məqsədilə 2"B" sinif şagidləri Abdulla Şaiqin ev muzeyinə getmişdirlər. Şagirdlər muzeydə dahi şairin şeirlərini səsləndirmiş, “Tıq – tıq xanım” əsərini səhnələşdirmişlər. Daha sonra şagirdlər “Şirvanşahlar sarayı” kompleksinə ekskurisyaya getmişlər. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir.